Polad Bülbüloğlu Rusiyada medala layiq görülüb

Polad Bülbüloğlu Rusiyada medala layiq görülüb
  23 Oktyabr 2017    Oxunub:1805
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb.
Medalı səfirə Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib.

Bülbüloğlu təşkilat rəhbərinə ona ünvanlanmış xoş sözlərə görə minnətdarlığını bildirib.

Qeyd edilib ki, medal təşkilatın yaranmasının 25 illiyinə həsr olunub.

AzVision.az


Teqlər: Polad-Bülbüloğlu  





Xəbər lenti