Kuba ensiklopediyasına “Qarabağ” haqda məqalə əlavə edilib

Kuba ensiklopediyasına “Qarabağ” haqda məqalə əlavə edilib
  23 Oktyabr 2017    Oxunub:2184
Kuba Elmi və Texnoloji Məlumat İnstitutunun nəzdində fəaliyyət göstərən “EcuRed” internet ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib.

Bu barədə AzVision.az-a Azərbaycanın Kubadakı səfirliyindən bildirilib.
Məqalədə klubun yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ”ın rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir.

Məqalədə qeyd olunur ki, Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğalından sonra “Qarabağ” futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.

Daha sonra ensiklopediyada komandanın rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin “Qarabağ”ın oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Q.Qurbanov haqda məlumatlar verilir.
Qeyd edək ki, rəsmi statikaya əsasən “EcuRed” internet ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və internet portalıdır.

“EcuRed” ensiklopediyasına əlavə edilmiş sözügedən məqalənin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq mümkündür: https://www.ecured.cu/Equipo

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kuba  





Xəbər lenti