Ermənistanda keçmiş döyüşçülərə ömürlük həbs veriləcək

Ermənistanda keçmiş döyüşçülərə ömürlük həbs veriləcək
  23 Oktyabr 2017    Oxunub:1690
Ermənistanda "Sasna Tsrer" təşkilatının üzvlərinə ömürlük həbs cəzası veriləcək.
AzVision.az "Jamanak" qəzetinə istinadən xəbər verir ki, siyasi məhbuslardan 5 nəfərin İrəvanda post-patrul xidməti alayının binasının ələ keçirilməsi haqda öncədən məlumatlı olmadığı, Jirayr Sefilyanı müdafiə məqsədilə etiraz aksiyalarında iştirak etdiyi bildirilib.

Üç siyasi məhbusa - Smbat Barseğyan, Pavlik Manukyan və Varujan Avedisyana qarşı daha ağır cəza tətbiq ediləcəyi qeyd edilir. Belə ki, məhkəmə Pavlik Manukyan və Varujan Avedisyanı hadisənin əsas təşkilatçısı kimi tanıyaraq, onlara ömürlük həbs cəzası verməyi planlaşdırır.

Qeyd edək ki, 2016-cı il iyulun 17-də keçmiş döyüşçülər Serj Sarkisyanın ölkədə apardığı siyasətə etiraz edərək, post-patrul xidməti alayının binasını ələ keçirib. Onların tələbi başda Jirayr Sefilyan olmaqla, digər siyasi məhbusların azadlığa buraxılması və Sarkisyan rejiminin istefası olub.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti