3 gündən sonra Amerikanı ciddi təhlükə gözləyir

3 gündən sonra Amerikanı ciddi təhlükə gözləyir
  23 Oktyabr 2017    Oxunub:2595
Güclü Kennedi klanından olan Con Kennedini (John Kennedy) parlaq siyasi karyera gözləyirdi. Lakin bəzi materialların gizliliyi hələ də Kennedi cinayətini XX əsrin ən sirli hadisələrindən birinə çevirir.
Amerika prezidenti Donald Tramp ABŞ-ın 35-ci prezidenti Kennedinin sui-qəsdinə aid gizli sənədlərin yayılmasına mane olmaq istəyir. Belə ki, Kennedinin sui-qəsd sənədlərinin ictimaiyyətə yayılması Amerikanın təhlükəsizliyini zərbə altında qoya bilər.

AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Kennedinin sui-qəsdi ilə bağlı bir KGB zabitinin ifadəsini gizli saxlayıb. Federal Tədqiqatlar Bürosu (FBİ) və Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) aid 3 min 100 sənədin dərc edilməsi haqqında qanun 1992-ci ildə o vaxtki prezident Corc Buş tərəfindən imzalanmışdı. Bu sənədlərdə Amerikanın hüquq-mühafizə və kəşfiyyat orqanlarının son əməliyyatları haqqında məlumatlar yer alıb. Bütün bu sənədlər, əgər Tramp prosesə veto qoymazsa, 26 oktyabr tarixində ictimaiyyətə açıq elan oluna bilər.

Bundan başqa Kennedinin sui-qəsdinə dair sənədlərin qismən yayılması da mümkündür. Hazırda Ağ Ev administrasiyası Kennedi sui-qəsdinə aid daha çox sənədin yayılması üçün çalışır. Mərkəzi Kəşfiyya İdarəsi (CİA) isə qalan sənədlərin yayılmamasının tərəfdarıdır.

Adil Şamıyev
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti