Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib

Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib
  23 Oktyabr 2017    Oxunub:1457
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Hakobyanın rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Movses Hakobyan 23-24 oktyabr tarixlərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda ABŞ-da keçirilən tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   ABŞ  





Xəbər lenti