“Forbes”dən dünyanın ən varlılarının - SİYAHISI

“Forbes”dən dünyanın ən varlılarının - SİYAHISI
  17 Sentyabr 2013    Oxunub:4068
“Forbes” jurnalı ən varlı insanların bu ilə olan statistikasını açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnal “Microsoft”-un yaradıcısı, 72 milyard dollar sərvəti olan Bil Qeytsi həm ABŞ-ın, həm də dünyanın ən varlı adamı seçib.

Jurnal ABŞ-ın ən varlı şəxslərinin adlarının yer aldığı 400 nəfərlik siyahı hazırlayıb. Bil Qeyts 20-ci dəfə bu siyahının birinci cərgəsində yer alıb.

Siyahıda ikinci yeri Varren Baffet tutur. Bu il 12.5 milyard dollar qazanan milyarderin cəmi 58.5 milyard dollar pulu olduğu ehtimal edilir.

ABŞ-ın ən varlı xanımı isə 34.5 milyard dollar pulu olan Kristi Valton olub. “Wal-Mart” mağazalar şəbəkəsinin səhmdarı ilan Valton dünyada ən varlı 6-cı xanımdır.

Bu il siyahıya yeni 20 nəfərin adı əlavə olunub. Onların arasında idman malları satışı ilə məşğul olan Maykl Rubin və Nyu-Yorkun lüks yerlərində bir neçə mağaza sahibi olan Cej Satton yer alır.
Ötən ilki siyahıdan isə 30 milyarderin adı çıxarılıb. Bunun səbəbi onlardan bir neçəsinin vəfat etməyi, digərlərinin isə gəlirlərinin azalması ilə bağlıdır.

Siyahıdakı ilk on nəfərin adları:
1. Bil Qeyts - 72 milyard dollar,
2. Varren Bafet - 58,5 milyard dollar,
3. Lari Elison - 40 milyard dollar,
4. Charles Koch - 36 milyar dolar,
5. Deyvid Koç - 36 milyard dollar,
6. Kristi Valton - 34,5 milyard dollar,
7. Cim Valton - 33,8 milyard dollar,
8. Alis Walton - 33,5 milyard dollar,
9. Robson Valton - 33,3 milyard dollar,
10. Maykl Blumberq - 31 milyard dollar.


Teqlər:





Xəbər lenti