Ermənistan ordusunun daha bir hərbçisi öldü

Ermənistan ordusunun daha bir hərbçisi öldü
  23 Oktyabr 2017    Oxunub:2452
Ermənistanın Vayots Dzor vilayətinədə ağır yol qəzası baş verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 08:50 radələrində 19 yaşlı Qevorq Xanamiryan idarə etdiyi UAZ markalı 34 UN 427 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.
Yolun hərəkət hissəsindən çıxan avtomobil 25 metr hündürlükdə dərəyə yuvarlanıb. Sürücü Xanamiryan və İrəvan sakini 21 yaşlı sərnişin Tiqran Sarkisyan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdiriliblər. Əməliyyata alınan Xanamiryanın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, UAZ markalı avtomobilin sürücüsü Qevorq Xanamiryan müddətli hərbi qulluqçu olub. Sarkisyan isə İrəvan dövlət universitetinin tələbəsidir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti