Olqa Azərbaycan səfirliyinə girmək istədi, polis saxladı

Olqa Azərbaycan səfirliyinə girmək istədi, polis saxladı
  23 Oktyabr 2017    Oxunub:2042
Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında insident baş verib.

AzVision.az-ın “life.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 8-də qeydə alınıb.
Belə ki, iş saatı bitdikdən sonra Olqa adlı xanım Azərbaycanın Moskvadakı səfirliyinə icazəsiz daxil olmaq istəyib. Lakin mühafizəçilər onun qarşısını kəsiblər.

Sərxoş vəziyyətdə olan qadın mühafizəçilərlə dalaşıb və səfirliyin qapısını döyərək Azərbaycana getmək istədiyini deyib. O, hadisə yerinə çağırılan polis tərəfindən saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti