“Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır” - Kazimirov
Vladimir Kazimirov Cenevrə danışıqlarından sonra münaqişə ilə bağlı real yanaşma görmədiyini bildirib: “Təbii ki, bu cür görüşlər və danışıqlar vacibdir. Danışıqların davam etdirilməsinə dair razılığın olması təbiidir. Lakin, problemin yekun həlli yeni siyasi xadimlərin peyda olmasını tələb edir. Onlar dünyada baş verən hadisələr barədə real təsəvvürlərə sahib olmağı bacara bilirlərmi ? Bunu demək çətindir. Münaqişəyə qarşı mən real yanaşma görmürəm. Lakin, əgər Azərbaycan doğrudan da münaqişənin siyasi siyasi yolla həll edilməsinə dair qərar qəbul edərsə, o zaman ermənilər 90-cı illərdə işğal etdikləri torpaqları azad etməlidir”.
Erməni jurnalistin ətraf ərazilərin qaytarılması əvəzinə Dağlıq Qarabağın statusu ilə bağlı verdiyi suala Kazimirov bu şəkildə cavab verib. “Öncə, qeyd edək ki, Azərbaycan tərəfi öz üzərinə belə bir öhdəlik götürmür”
Alpər Möludoğlu
AzVision.az
Teqlər: Kazimirov Qarabağ Ermənistan Azərbaycan