Misirdə Dünya Gənclər Forumu keçiriləcək

Misirdə Dünya Gənclər Forumu keçiriləcək
  23 Oktyabr 2017    Oxunub:1902
2017-ci il noyabr ayının 4-də Misirdə Dünya Gənclər Forumuna start veriləcək. Üç min qonaq dünyanın hər tərəfindən Şarm əl-Şeyx şəhərində bir araya gələcək. Dünyanın bütün qitələrindən olan bütün gənclər təşkilatları və dövlət başçıları, beynəlxalq səviyyəli şəxsiyyətlər də forumda iştirak edəcək.
Bu barədə AzVision.az-a Misir səfirliyindən bildirilib.

Forumun rəsmi açılışı Orta Şərqdə ilk dəfə olaraq dəniz kənarında Qahirə universitetinin künbəzinə bənzər bir künbəz altında baş tutacaq. Künbəzin üstündə üzərində nümayiş üçün monitorlar olan böyük qlobus yerləşdirilib.
Forum Misirdən böyük bir mədəniyyət mesajını təmsil edir. O, Misir xalqının, xüsusən də, gənc nəslin insan və mədəniyyət ünsiyyətinin dəyərlərinə əhəmiyyət verdiyini ortaya çıxarır.

Forumda davamlı inkişafın məqsədlərinə nail olmaq üçün beynəlxalq təcrübə, sahibkarlıq sahəsində ixtiraçı gənclərin təcrübələrinin təqdimatı, texnologiyaların gənclərə təsiri, qərar qəbul edən dairələrdə qadınların rolu və siyasi, sosial və iqtisadi iştirakın necə təşviq edilməsi məsələləri nəzərdən keçiriləcək. Forum 4-9 noyabr tarixlərində keçiriləcək.

Misirin prezidenti Əbdul Fəttah əs-Sisi Misir gənclərinin bu forumu layiqli şəkildə heç bir dövlətin təcrübəsindən istifadə etmədən təşkil edəcəklərinə tam əmin olduğunu və bunun da böyük bir cəsarətə malik olduğunu göstərdiyini söyləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Misir   Azərbaycan  





Xəbər lenti