Çeçenistanda zabit 4 hərbçi yoldaşını qətlə yetirib

Çeçenistanda zabit 4 hərbçi yoldaşını qətlə yetirib
  24 Oktyabr 2017    Oxunub:1639
Çeçenistanda silahlı insident baş verib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) zabiti Çeçenistandakı hərbi hissələrdən birində dörd hərbçini qətlə yetirib.

Hadisə bu gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, xidmət yoldaşlarını güllələyən zabit zərərsizləşdirilib. Onun kimliyi hələlik açıqlanmayıb.

Hadisənin səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: Çeçenistan  





Xəbər lenti