102-ci baza müasir kəşfiyyat kompleksləri ilə təmin edilib

102-ci baza müasir kəşfiyyat kompleksləri ilə təmin edilib
  24 Oktyabr 2017    Oxunub:1634
Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazası müasir "Radiolamp"larla təmin edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeni komplekslər qış tədris dövrünün əvvəlində birləşmə komandanlığını “Kamxud” və “Alagöz” yüksək dağlıq təlim sahəsində taktiki və xüsusi taktiki məşğələlər zamanı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Məlumata görə, rus hərbi birləşməsinin müasir aviasiya, hərbi və xüsusi tırtıllı, tırtıllı zirehli tank texnikalarının nümunələri ilə komplektləşdirilməsi davam edir.

Qeyd edək ki, cari il ərzində İrəvan və Gümrü qarnizonlarının hərbi hissələrində yeni silahlanma ilə təminat 60 %-ə qədər artırılıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Gümrü   Ermənistan  





Xəbər lenti