Ukrayna prezidenti ilə bağlı müəmmalı xəbər - Yenilənib

Ukrayna prezidenti ilə bağlı müəmmalı xəbər - Yenilənib
  24 Oktyabr 2017    Oxunub:2551
Ukrayna Təhlükəsizlik Xidməti ölkə prezidenti P. Poroşenkoya qarşı sui-qəsd barədə yayılan məlumatları təkzib edib.

Xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
Təhlükəsizlik Xidmətindən həmçinin bildirilib ki, məlumatın kim tərəfindən KİV-lərə göndərilməsi araşdırılır.

***

Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb.

Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, ötən gün P.Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeevkada əməliyyat müşavirəsi keçirib.

AzVision.az


Teqlər: Ukrayna   Poroşenko  





Xəbər lenti