“Rusiya Ermənistanın ən böyük himayədarıdır” - Amanda Pol

A.Pol vurğulayıb ki, Ermənistanın və ümumiyyətlə regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil, lakin Yerevan görünür ki, Azərbaycanın hərbi potensialını üstələməkdə ehtiyac duyur.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.
A.Pol bildirib: "Rusiya Ermənistanın ən böyük himayədarıdır. Çünki Rusiya Ermənistanda hərbi bazasının olmağından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasətinin bir hissəsi kimi əsaslandırır.
AzVision.az
Teqlər: Amanda-Pol