Baş prokuror BƏƏ nümayəndələrini qəbul edib

Baş prokuror BƏƏ nümayəndələrini qəbul edib
  18 Sentyabr 2013    Oxunub:1329
Baş prokuror Zakir Qaralov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr.Əhməd Səid Bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan qanunvericilik aktlarının, o cümlədən, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib.

BƏƏ Dubay Məhkəmələri Departamenti Baş direktoru dr. Əhməd Səid Bin Həzim göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırıb. Azərbaycan və BƏƏ arasında əlaqələrin sıx olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.


Teqlər:  





Xəbər lenti