Elmi işçilər 5 ildən bir attestasiyadan keçəcək

Elmi işçilər 5 ildən bir attestasiyadan keçəcək
  24 Oktyabr 2017    Oxunub:1364
Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər təklif olunur.
AzVision.az-ın məlumata görə, Məcəllənin 4-cü maddəsinə ( Bu Məcəllənin tətbiq edildiyi işyerləri ) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Həmçinin 65-ci maddəyə ( İşçilərin attestasiyası, oun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Əmək-Məcəlləsi  





Xəbər lenti