Həmsədrlər yaxın günlərdə regiona səfər edəcək
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnaçkanyan bildirib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyini bildirmişdi: "Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və prezidentlər danışıqların intensivləşməsinə dair razılığa gəliblər.
Həmsədrlərin danışıqları ilin sonuna kimi intensiv şəkildə aparacaqlarına dair təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Lakin görüşün yeri və tarixi hələlik məlum deyil"
Eldar Tanrıverdiyev
AzVision.az