İraq Kürdüstanında seçkilər 8 ay təxirə salındı

İraq Kürdüstanında seçkilər 8 ay təxirə salındı
  24 Oktyabr 2017    Oxunub:1370
İraq Kürdüstanının parlamenti prezident və parlament seçkilərinin 8 ay təxirə salınması ilə bağlı qərar qəbul edib.
AzVision.az “Rudaw” telekanalına istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında iştirak edən 68 deputatın 60-ı bu qərarın lehinə səs verib.

Qeyd edək ki, regionda sonuncu parlament seçkiləri 2003-cü ildə keçirilib.

İlkin Nəzəfzadə
AzVision.az


Teqlər: İraq   Kürdüstan  





Xəbər lenti