Medvedev İrəvanda səfərdədir

Medvedev İrəvanda səfərdədir
  24 Oktyabr 2017    Oxunub:2172
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfərə gəlib.
AzVision.az-ın məlumatına görə, onu hava limanında Ermənistanın baş naziri Karen Karapetyan qarşılayıb.

Səfər çərçivəsində Medvedev Ermənistan prezident Serj Sarkisyan, erməni həmkarı Karen Karapetyanla görüşəcək.

Baş nazirlərin görüşündə iqtisadi-ticari, energetika, sərmayə qoyuluşu, humanitar sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə ediləcək. Bundan başqa, hökumətlərarası bir sıra sənədlər imzalanacaq.

Dmitri Medvedev, həmçinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının İrəvanda keçiriləcək toplantısında iştirak edəcək. İclasa Rusiya, Belarus, Qazaxıstan və Qırğız Respublikasının hökumət başçıları da qatılacaq.

Toplantında vahid neft, qaz və elektrik enerjisi bazarlarının, eləcə də orta müddətli perspektivdə AİB dövlətlərinin razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi üzrə yol xəritəsinin yaradılması müzakirə ediləcək.

AzVision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti