Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir - FOTO

Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir -
 FOTO
  24 Oktyabr 2017    Oxunub:5917
Ermənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Andranik Qevorqyan armtimes.com-un müxbirinə bildirib.

2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞ dollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib. Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər.

Haqsızlıqla üzləşən vətəndaş polisin qərarından sonra baş prokuror Artur Davtyana, Xüsusi istintaq xidmətinin rəisi Vahram Şahinyana, polis rəisi Vladimir Qasparyana, ombudsman Arman Tatoyana müraciət edib. Müsbət nəticə əldə etmədikdən sonra İrəvandakı Kiyev körpüsünə gedib və onu öldürməyə cəhd edən şəxsin hərəkətində cinayət tərkibi görməyən, adları qeyd olunan məmurların ora gəlməsini tələb edib.

“Mən bu cür ölkədə bundan sonra hədə-qorxu altında yaşaya bilmərəm, məcbur Bakıdan vətəndaşlıq xahiş edəcəyəm”- deyə Andranik Qevorqyan qeyd edib. O, Azərbaycana müraciət edəcəyi barədə hüquq-mühafizə orqanlarını xəbərdar etdiyini deyib.

“Mən bu nəticəyə gəlmişəm ki, ölkəmdə hədə-qorxu altında qalmaqdansa, Bakıda olsam daha yaxşıdır”-deyə Qevorqyan bildirib.



Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti