Aeroporta gedən yol keçilməz oldu

Aeroporta gedən yol keçilməz oldu
  02 Mart 2013    Oxunub:1288
Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektindən böyük tıxac yaranıb.
Məlumata görə, tıxac metronun “Koroğlu” stansiyasının yaxınlığından mərkəz, həmçinin, mərkəzdən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətinə müşahidə olunur. Tıxacın yaranmasına ərazidən keçən su xətlərinin yenilənməsi səbəb olub.

Hazırda yolun şəhərin mərkəz istiqamətinə olan hissəsində işlər başa çatdırılıb nəqliyyatın hərəkəti bərpa edilib. Şəhərdən Hava Limanı istiqamətində isə işlər yekunlaşmaq üzrədir.


Teqlər:





Xəbər lenti