Bərdəyə 2 milyon manat ayrılıb

Bərdəyə 2 milyon manat ayrılıb
  18 Sentyabr 2013    Oxunub:988
Prezident İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamı ilə Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti