“Krım Ukraynaya məxsusdur” - Sobçak Putinin siyasətinə qarşı

“Krım Ukraynaya məxsusdur” - Sobçak Putinin siyasətinə qarşı
  24 Oktyabr 2017    Oxunub:2222
Gələn il Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyən məşhur teleaparıcı Kseniya Sobçak Krımın Ukraynaya məxsus olduğunu etiraf edib.
AzVision.az xəbər verir ki, Sobçak bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Teleaparıcı vurğulayıb ki, Ukrayna Rusiyanın ən vacib tərəfdaşıdır və münasibətləri bərpa etmək başlıca vəzifədir. Onun sözlərinə görə, Rusiyanın Krıma qarşı hərəkətləri beynəlxalq hüquqa ziddir.

“Biz verdiyimiz sözü pozmuşuq, 1994-cü ilin Budapeşt memorandumunu pozmuşuq. Söz vermişik, amma yerinə yetirməmişik”, - Sobçak Rusiyanın hazirki hakimiyyətinə qarşı mövqe sərgiləyib.

AzVision.az


Teqlər: Sobçak   Rusiya   Krım   Ukrayna  





Xəbər lenti