Türkiyənin Ədliyyə Nazirliyi ABŞ-la bağlı xəbəri yalanladı

Türkiyənin Ədliyyə Nazirliyi ABŞ-la bağlı xəbəri yalanladı
  25 Oktyabr 2017    Oxunub:1912
Türkiyənin Ədliyyə Nazirliyi Vaşinqtona səfər edəcək nümayəndə heyətinə ABŞ tərəfindən viza verilməməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik məlumatları tamamilə yalanlayıb.
Bildirilib ki, dövlət rəsmilərinin ABŞ-a səfəri planlaşdırılmayıb və bu məqsədlə viza üçün müraciət edilməyib.

İddialara əsasən, Türkiyənin 5 nəfərdən ibarət nümayəndə heyəti ABŞ-la yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə Vaşinqtona səfər etmək istəyib. ABŞ viza vermədiyi üçün səfər təxirə salınıb. Nazirlik isə bu məlumatları təkzib edərək, xəbərin həqiqətə uyğun olmadığını bəyan edib.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Viza   Vaşinqton  





Xəbər lenti