“Aprel döyüşləri Baş Qərargahın əsl fəlsəfəsini göstərdi” – Erməni deputat

  24 Oktyabr 2017    Oxunub : 1083
“Aprel döyüşləri Baş Qərargahın əsl fəlsəfəsini göstərdi” – Erməni deputat

"Müdafiə haqqında" qanunda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təyin edilməsi ilə bağlı qeyri-dəqiqlik mövcuddur.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində qanun layihəsinin müzakirəsi zamanı müxalif "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan bildirib.

"Qanunda baş qərargah rəisinin təyin edilməsi aydın şəkildə göstərilib. Lakin, onun kim tərəfindən təyin edilməsi bildirilmir. Ümumi bir formula var: baş nazir prezidentə yüksək zabit heyətinin təyinatları ilə bağlı təkliflər təqdim edir. Bizim üçün baş qərargah və qərargah rəisi xüsusi təyinata malik olan şəxslərdir, yoxsa sıradan vəzifəlilər? Düşünmürsüz ki, aprel döyüşləri baş qərargahın strukturu və fəlsəfəsini göstərdi? İndi qanunu dəyişdirirlər. Bu, ədalətli deyil. Bizim baş qərargah rəislərinin ünvanına davamlı korrupsiya ittihanları səsləndirilir. Skandal vəziyyət yaranıb", - deyə Nikol Paşinyan etiraz edib.

Xatırladaq ki, Yuri Xaçaturovun KTMT baş katibi təyin edilməsindən indiyə kimi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsi boş qalıb.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan   Aprel-döyüşü