Trampın qaçqınlarla bağlı qadağası aradan qaldırıldı

Trampın qaçqınlarla bağlı qadağası aradan qaldırıldı
  25 Oktyabr 2017    Oxunub:1343
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Fərmanda bildirilib ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağa ötən gün başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi vurğulanıb.

Fərmanda eyni zamanda qeyd olunub ki, bir sıra ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Dövlət Departamenti isə öz növbəsində bütün ölkələrdən gələn qaçqın ailələrin hər bir üzvünün əlavə yoxlama prosedurlarına məruz qalacağını vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti