102-ci bazada nə baş verir? - İki hərbçinin ölüm səbəbi

102-ci bazada nə baş verir? - İki hərbçinin ölüm səbəbi
  25 Oktyabr 2017    Oxunub:4510
Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazada baş verən hadisənin detalları məlum olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə 102-ci hərbi bazanın “Alagöz” təlim mərkəzində mübahisə nəticəsində baş verib.
Məlumata görə, müqaviləli hərbi qulluqçular arasında mübahisə hərbi bazadan kənarda yerləşən atəş sahəsində başlayıb. Mübahisə elə həddə çatıb ki, hərbi qulluqçulardan biri digərinə “atəş açacağam” deyə xəbərdarlıq etsə də, qarşı tərəf onun təhdidlərindən qorxmadığını bildirib. Sonda ölümcül atəş səsləri eşidilib.

Xatırladaq ki, oktyabrın 23-də “Alagöz” atış sahəsində təlim başa çatdıqdan sonra silahı təhvil verən zaman hərbi qulluqçu təhlükəsizlik qaydalarını kobud şəkildə pozub. O, avtomatdan atəş açaraq hərbçi yoldaşını öldürüb. Daha sonra rus hərbçi baş verən hadisənin məsuliyyətindən qorxaraq intihar edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Gümrü   Ermənistan  





Xəbər lenti