Erməni baş naziri kriminal cinayətkarlar qoruyur

Erməni baş naziri kriminal cinayətkarlar qoruyur
  25 Oktyabr 2017    Oxunub:1497
Ermənistanın baş naziri Karen Karapetyan şəxsi planlarını həyata keçirmək üçün Rusiyanın cinayətkar qruplaşmaları ilə əlaqə qurmağa çalışır.
AzVision.az “Jamanak”-a istinadən xəbər verir ki, Rusiyada Karapetyanın maraqlarını kriminal aləmin tanınmış simaları Ruben Tatulyan (“Robso”) və Artur Asatryan (“Don Pipo”) müdafiə etməyə başlayıb.

Məlum olub ki, Rusiyanın erməni icmasının nümayəndələri də Karen Karapetyanın xeyrinə lobbi fəaliyyətlərinə dəstək verməyə hazırdır. Onlar arasında Rusiya Erməniləri Birliyinin sədri Ara Abrahamyan və Axalkalaki ermənilərin lideri Norik Tevanyan (Axalkalakili Noro) da var.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti