İrəvanda tələbələr etiraza qalxdı: “Əsgərliyə getmək istəmirik”
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar bu gün parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını deyiblər.
"Mənasız yerə üç il xidmət edilməsini istəmirik. Bu kimi şeylərin elmə mane olmasını qəbul etmirik", - etirazçılardan biri deyib.
Hazırda tələbələr müdafiə naziri Vigen Sarkisyan və ya parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının nümayəndələri ilə görüşmək istəyirlər.
Xatırladaq ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Etiraz