İTV-nin əməkdaşı yol qəzasında ölüb - FOTO

İTV-nin əməkdaşı yol qəzasında ölüb - FOTO
  18 Sentyabr 2013    Oxunub:1318
Bu gecə Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "Nissan" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "Tofaş" markalı maşınla toqquşub. Nəticədə "Nissan" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində ölüb və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb. Yanğın saat 00:13-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Musavat.com-un verdiyi məlumata görə, `Tofaş"ı İTV-nin bölgə müxbiri Tural Bağırov idarə edib. O, əvvəllər ANS telekanalında da işləyib.


Teqlər:  





Xəbər lenti