Özbəkistan prezidenti 20 ildən sonra Türkiyədə

Özbəkistan prezidenti 20 ildən sonra Türkiyədə
  25 Oktyabr 2017    Oxunub:1471
Bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyəyə səfər edib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, paytaxt Ankarada Mirziyoyevi prezident Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər arasında görüş keçirilib. Danışıqlar zamanı Türkiyə-Özbəkistan əlaqələri müzakirə edilib.

İki günlük səfər zamanı bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Mirziyoyevin Türkiyəyə səfəri son iyirmi il ərzində Özbəkistan prezidentinin Türkiyəyə edilən ilk səfəridir.

AzVision.az


Teqlər: Türkiyə   Özbəkistan  





Xəbər lenti