Atəşkəs beş istiqamətdə pozulub

Atəşkəs beş istiqamətdə pozulub
  18 Sentyabr 2013    Oxunub:1035
Mövqelərimiz adsız yüksəkliklərdən atəşə tutulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti