Google Üzeyir Hacıbəyovu yad etdi - FOTO

Google Üzeyir Hacıbəyovu yad etdi - FOTO
  18 Sentyabr 2013    Oxunub:1117
Hər əlamətdar gündə yeni bir doodle (loqo) hazırlayan Google bu dəfə dahi bəstəkar Üzeyir Hacıbəyovun 128 illik yubileyi münasibətilə bunu edib.

AzVision.az xəbər verir ki, loqonun üzərinə kliklədikdə Üzeyir Hacıbəyov haqqında bioqrafik məlumatlar ortaya çıxır.

Məlumat üçün bildirək ki, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti