“CNN”-nin məşhur aparıcısı Azərbaycanın “qara siyahısı”na salındı

“CNN”-nin məşhur aparıcısı Azərbaycanın “qara siyahısı”na salındı
  26 Oktyabr 2017    Oxunub:2717
CNN-də veriliş aparan Antoni Bourdayn Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Xarici işlər Nazirliyindən (XİN) AzVision.az-a verilən məlumata görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın “Buzzfeed news” media orqanına müsahibəsində deyib.

H.Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün Antoni Bourdaynin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.

O əlavə edib: “Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərindən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.

Həmçinin, H.Hacıyevin Twitter profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb: “Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: CNN   Azərbaycan  





Xəbər lenti