YAP seçiciləri ilə görüşdü
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, görüş iştirakçılarını 9 oktyabr 2013 – cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahının təşviqat kampaniyasına başlaması münasibəti ilə seçiciləri təbrik etdi, onlara bu məsul kampaniyada fəal iştirak edərək uğurla başa çatdırmağı, seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsini təmin etmək üçün özlərinin vətəndaşlıq hüquqlarını ciddi şəkildə qorumağı, ictimai – siyasi fəallıqlarını artırmağı, düzgün seçim edərək xalqımızın firavanlığına, Vətənimizin tərəqqisinə çalışan, beynəlxalq miqyasda ölkəmiz haqqında yüksək imic formalaşdıran namizədə səs verməyi tövsiyə etdi və Yeni Azərbaycan Partiyasının qələbəsinə nail olmaq üçün seçicilərə uğurlar arzuladı.
Millət vəkili Musa Quliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qısa müddət ərzində həm ölkəmizin sosial – iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun yüksəldilməsində böyük işlər görüb. Həmişə olduğu kimi, bu seçkilərdə də xalqımız inanıram ki, həyatda gördükləri reallıqlara, tərəqqinin və inkişafın davamlılığına səs verəcək.
Təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavinləri – AMEA – nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, ADAU – nun rektoru İbrahim Cəfərov, AzTU – nun rektoru Akif Süleymanov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, universitetin tədris hissə müdiri Tofiq Xəlilov, Nizami rayon DSMF – nin müdiri Nizami Əhmədov, Akif Ələkbərov və başqaları çıxışlarında qüdrətli, müstəqil Azərbaycanın tərəqqisinin müasir Gəncənin bugünkü inkişafında bariz göründüyünü vurğuladılar.
Seçicilərdən bir qrupu çıxış edərək, gəncəlilərə daim diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyevi yenidən prezident kürsüsündə görmək, firavan həyatlarını davam etdirmək, həyatın bütün sahələrində uğurla addımlamaq arzusunda olduqlarını bildirdilər.