Ermənistanda silah satan 2 hərbçi həbs edilib

Ermənistanda silah satan 2 hərbçi həbs edilib
  26 Oktyabr 2017    Oxunub:1717
Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə xəbər yayılıb.

AzVision.az xəbər verir ki, məlumatı verənin bildirdiyinə görə onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.
Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silahı və ona aid sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K. Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.

Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanılan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əli olub-olmadığı Ermənistan Müdafiə Nazirliyi İstintaq İdarəsi tərəfindən araşdırılır.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti