Koreyanın məşhur qrupu Bakıya gəlir

Koreyanın məşhur qrupu Bakıya gəlir
  26 Oktyabr 2017    Oxunub:3230
Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Koreyanın ölkəmizdəki səfirliyi "Koreyanın nəfəsi" adlı konsert keçirəcək.
Koreyanın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən xəbərə görə, konsertdə Koreya milli musiqi alətlərinin ifasında Koreya xalq mahnıları və milli rəqslər təqdim olunacaq.

Konsert 5 noyabr tarixində Koreya səfirliyinin dəstəyi ilə Bakıdakı Elektra Events Hall binasında təşkil olunacaq. Konsert noyabrın 5-i saat 17:00-da Elektra Events Hall-da, noyabrın 7-i isə saat 18:30-da Masallı Olimpiya Kompleksində keçiriləcək.

Konsertdə iştirak edəcək Samul Qvanq Den qrupu həyatlarını Koreya milli musiqi və rəqs ifasına həsr etmiş 4 fəal musiqiçidən - Duksu Kim, Kvangsu Li, Yongbae Kim və Congsil Çoy tərəfindən qurulub. "Samul Qvanq Den"in bütün üzvləri Kum San liseyini bitirib və 1988-ci ildən birlikdə fəaliyyət göstərməyə başlayıb. 1993-cü ildə Samulnori qrupuna Samulnori Hanullim İfa Truppası adı verilib və bu truppada Samul Qvanq De qrupu da öz istedadı ilə məhşurlaşaraq aparıcı qrupa çevrilib. Samul Qvanq De qrupu Birinci Dünya Samulnori müsabiqəsində birinci yerə çıxıb. Milli mədəniyyətə böyük sevgi və həvəs göstərən qrup üzvləri bu sahədə 20 ildən çox təcrübəyə malikdirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Koreya   Azərbaycan  





Xəbər lenti