“Deputata qarşı sui-qəsddə Kadırovun əli var” - Nazir müavini

“Deputata qarşı sui-qəsddə Kadırovun əli var” - Nazir müavini
  26 Oktyabr 2017    Oxunub:1956
Ukrayna daxili işlər nazirinin müşaviri İvan Varçenko Ali Radanın deputatı İqor Mosiyçuka təşkil olunan sui-qəsddə Rusiyanı ittiham edib.

AzVision.az-ın məlumatına görə, “112 Ukrayna” kanalına danışan müşavir bildirib ki, bu məsələdə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun əli ola bilər.
“Sifarişçi birdir - Rusiya. Bunu təsdiqləyə sübutlar var. İlk növbədə Ramzan Kadırovun 2014-cü ildəki çıxışı bunu deməyə əsas verir”.

Rəsmi Moska Ukraynanın səsləndirdiyi ittihmalara cavab verib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov deyib ki, rəsmi Kiyevin ittihamları əsassızdır:

“Rəsmi Kiyev yalnız Ramzan Kadırova deyil, həm də Moskvada bir sıra yüksək vəzifə tutan şəxslərə də qarşı əsassız ittihamlar irəli sürür”.

Qeyd edək ki, Kiyevdə partlayış nəticəsində iki nəfər ölüb, daha dörd nəfər yaralanıb. Partlayış nəticəsində xəsarət alan deputat Mosiyçuk insidenti şərh edib. Ukrayna DİN hadisəni terror aktı kimi qiymətləndirib.

AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti