Araz Əlizadə: `Bunlar, qaçan qəhrəmanlardır` - VİDEO

Araz Əlizadə: `Bunlar, qaçan qəhrəmanlardır` - VİDEO
  18 Sentyabr 2013    Oxunub:2355
AzVision.az ASDP sədri, prezidentliyə namizəd Araz Əlizadənin İTV-də keçirilən seçki debatındakı çıxışından bir hissəni təqdim edir.
`Mənim heç kəslə mübahisə etmək fikrim yox idi. Düşünürdüm ki, bu gün hamı öz platformasından danışacaq. Əfsuslar olsun ki, kimsə -kimisə təhqir edir. Kimsə yalan danışır. Rüstəm İbrahimbəyov Milli Şuranı qoyub qaçdığı kimi Cəmil Həsənli də söz deyəndə, mübahisə gedəndə qoydu qaçdı. Bunlar qaçan qəhrəmanlardır.

İkincisi, Zahid Oruc demədi ki, müxalifət gəlsin daşqınların qarşısnı alsın. O dedi ki, biz sizdən bunu tələb etmirik. O ki qaldı, İlyas İsamyılova o yaxşı ziyalıdır vəs. Amma bir məsələni qeyd edək ki, SSR məkanında iki nəfər ən yüksək vəzifə tutub. Bunlardan biri Heydər Əliyev, biri isə İlyas İsmayılov olub.O, SSR Prokurorluğunda islah əmək düşərgələrinə nəzarət üzrə prokuror olub. Orada nə özbaşınalıqların olduğunu məmə yeyəndən pəpə yeyənə kimi hamı bilir. Və ayrı bir məsələ ki, bir şey deyəndə fikirləşin də. Bu adam ədliyyə naziri olub. Hakimiyyət dəyişəndən sonra bunu qoyan adam getdi, Heydər Əliyevin zamanında da nazir olub. Onu işdən çıxardıqdan sonra oldu müxalifətçi. Çox qəribə bir şeydir prezidentə deyirlər kadr islahatları apar, işdən çıxardan kimi də qaçıb olurlar müxalifətçi.

Mən digər müxalifətçiləri nəzərdə tutmuram. Vəzifədən gələn müxalifətçiləri nəzərdə tuturam. Biri kiminsə katibəsi olub, işdən çıxandan sonrada müxalifətçi olur. Olmaz belə . Bir şeyi də nəzərə çatdırmaq istəyirəm, Cəmil Həsənli dedi ki, kolxozçular vəs. Vallah mən Bakıda doğulmuşam. Rayonda yaşamamışam. Düzdür kolxozçu olmaq pis bir şey deyil . Amma vallah Cəmil bəylə, Fərhad Əliyevlə Alar kəndində bir yerdə qoyun otarmamışam.

O, deyir ki, mən sonradan bildim. Necə olur, sən 10 il deputat olursan, ağzını açıb heç nə demirsən, amma elə ki seçilmirsən başlayırsan ki, nələr var, nələr. Deyir ki, `The Washington Post` elə yazıb belə yazıb. Xarici mətbuat yazıb ki, Milli Şurada bir dənə də düşüncəli adam yoxdur. Vaxtı ilə hakimiyyətə gəlmiş, sonra isə ölkəni vətəndaş müharibsində qoyub qaçmış insanlardır. Əziz xalqım söz pəhlivanlarına, sizi ortada qoyub qaçanlara inanmayın.

İqbal Ağazadə deyir ki, xalq ayağa qalxmalıdır, dəyişiklik olmalıdır. 2003- cü ildə İqbal Ağazadə qabağa düşdü, xalqı da dalınca apardı. Sonra da dediki məni məcbur etdilər, nə bilim nə etdilər. O da qoydu qaçdı. Bunların adətidir xalqı qoyub qaçmaq. Ay camaat bilin əgər bu insanaları siz seçsəniz sabah onlar sizi yenə də qoyub qaçacaqlar. Necə ki vaxtında Əbülfəz Əliyev qoydu qaçdı. Sonra deyəcəklər ki , daxildə və xaricdə düşmənlər var idi. Bütün ölkələrin düşmənləri də dostları da var. Dünyada mənə elə bir ölkə göstərin ki hamı onun dostudur. ABŞ, Almaniya, Böyük Britaniyanın da düşmənləri çoxdur. Bir də deyirlər ki dəyişiklik olmalıdır. Əlbəttəki, mən dəyişiklik istəyirəm. Prezidentliyə namizədliyimi irəli sürmüşəm. İstəyirəm bu seçkilərdə qalib gəlim. Deyirlər ki, dəyişiklik olmayanda totalizm, avtoritarizm olur. Məgər Köl Almaniyanın kansleri oldu. Almaniyada avtoritarizm, totalitarizm oldu? Marqaret Tetçer neçə müddət ölkəni idarə etdi. Dəyişiklik naminə dəyişiklik olanda ərəb baharı kimi olur. Xalqı qırdılar. Ərəb dünyasını 50-100 il geri atdılar. Mən adam tanıyıram müxalifət liderlərdən deyir ki, kaş Bakını bombardman edərdilər biz də hakimyyətə gələrdik. Haynan gələn vaynan gedər. Mursinin taleyini göz qabaqlarına qoysunlar. Bakını heç kim bombardman etməyəcək. Çünki xalq var`.




Teqlər:  





Xəbər lenti