Ermənistanda əsgər analarının etirazı: "Sarkisyan cinayətkardır" (VİDEO)

Ermənistanda əsgər analarının etirazı: "Sarkisyan cinayətkardır"
 (VİDEO)
  26 Oktyabr 2017    Oxunub:2560
Bu gün Ermənistanda hökümət binasının qarşısında əsgər anaları tərəfindən etiraz aksiyası keçirilib

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar müdafiə naziri Vigen Sarkisyanla görüşmək istədiklərini deyiblər.
Etirazçıların sözlərinə görə, ordu rəhbərliyi yalnız danışmaqla məşğuldur, lakin orduda qətl hallarının qarşısının alınması üçün heç bir iş görülmür.

"Prezident Serj Sarkisyan Vigen Sarkisyanı bitki kimi yetişdirib. Buna görə onlar bir-birini yaxşı qiymətləndirirlər" - etirazçı əsgər anası deyib.

Etirazçılar müdafiə sektorundakı dəyişiklikləri əlavə pul yığımına vasitə kimi qiymətləndiriblər. Əsgər anasının sözlərinə görə, onlar Baş Qərargah rəisi Movses Hakopyanın səlahiyyətlərinin parçalandığını göstərməyə çalışırlar.

"Serj Sarkisyan Hakop Movsesin ayaqları altında qalmaz, çünki, o, bütün cinayətləri öz əli və düşüncəsilə törədib".



Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Etiraz   İrəvan   Sarkisyan  





Xəbər lenti