İndoneziyada ölənlərin sayı 50-yə çatıb - Yenilənib

İndoneziyada ölənlərin sayı 50-yə çatıb - Yenilənib
  26 Oktyabr 2017    Oxunub:1911
İndoneziyada fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 46 nəfər yaralanıb.

fabrikdə iki güclü partlayış baş verib. Şahidlərin dediyinə görə, fabrikdə birinci partlayışdan 3 saat sonra ikinci partlayış olub. Faktla bağlı araşdırma aparılır.

***

İndoneziyada fabrikdə güclü partlayış baş verib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış paytaxt Cakartanın qərbində yerləşən Tangerangdakı fişəng fabrikində qeydə alınıb.

Nəticədə 27 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayışdan əvvəl fabrikdə yanğın olub.

AzVision.az



Teqlər: İndoneziya  





Xəbər lenti