475 min nəfər `ASAN`dan yararlanıb

475 min nəfər `ASAN`dan yararlanıb
  18 Sentyabr 2013    Oxunub:965
14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərilib

“ASAN” Xidmət Mərkəzləri vasitəsilə 475 min nəfər əhaliyə xidmət göstərilib.

AzVision.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib.

O bildirib ki, bugünə kimi Bakının 3 rayonunda 1, 2, 3 saylı “ASAN” xidmət mərkəzləri və Sumqayıtda “ASAN” Xidmət Mərkəzi fəaliyyət başlayıb.

İ.Kərimovun sözlərinə görə, artıq Bakının 9 rayonun əhalisi “ASAN” Xidmət mərkəzlərinin xidmətlərindən
istifadə edir:

“Yaxın zamanlarda Bakının Sabunçu, Xəzər və Pirallahı
rayonunun sakinləri də ASAN xidmət mərkəzinin xidmətlərindən istifadə edəcək. T ezliklə Gəncə və ətraf bölgələrinin əhalisi də sevindiriləcək. Belə ki, Gəncədə sayca 5-ci olacaq Asan xidmət mərkəzi fəaliyyətə başlayacaq”.
İ.Kərimov onu da qeyd edib ki, artıq 14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti