Əlil şagirdlərə evdə dərs verilməlidir - RƏSMİ CAVAB

Əlil  şagirdlərə evdə dərs verilməlidir - RƏSMİ CAVAB
  18 Sentyabr 2013    Oxunub:1519
“Müəllimlərin əməkhaqqı hesablanarkən ümumi qaydalarla yanaşı “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili (xüsusi təhsili) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 50% əlavə ödənilir”.
Ölkədə sağlamlıq imkanları məhdud olan 217 nəfər şagird var. Bu barədə Təhsil Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, respublika üzrə ümumtəhsil məktəblərində 217 nəfər sağlamlıq imkanları məhdud uşağın təhsilə cəlb olunub. Lakin çox vaxt həmin şagirdlər məktəbə gedə bilmir. Bəs bu vaxt şagirdlər Təhsil Nazirliyi hansı tədbirlər görür?

Nazirliyin mətbuat xidməti AzVİsion.az-ın sorğusuna cavab olaraq, bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2002-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 5-ci bəndinə əsasən, təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir. Evdə təhsilə cəlb olunmuş şagirdlərə dərslər tədris planına uyğun olaraq ixtisas müəllimləri tərəfindən tədris olunmalıdır. Həmin müəllimlər dərs bölgüsü aparılarkən məktəb Pedaqoji Şurasının qərarına əsasən müəyyən edilir.

Nazirlik həmin müəllimlərin əmək haqqlarını məsələsinə də münasibət bildirib. “Müəllimlərin əməkhaqqı hesablanarkən ümumi qaydalarla yanaşı “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili (xüsusi təhsili) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 50% əlavə ödənilir”.
Təhsil Nazirliyi bildirib ki, əgər müəllim evə getmədən (dərs demədən) əməkhaqqı alırsa, bu hal saxtakarlıq hesab olunur və belə hal aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbir görülməlidir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti