“Deputata sui-qəsdi özləri ediblər” - Kadırov ittihamları rədd etdi

“Deputata sui-qəsdi özləri ediblər” - Kadırov ittihamları rədd etdi
  27 Oktyabr 2017    Oxunub:1929
Çeçenistan lideri Ramzan Kadırov Kiyevdə Ali Radanın deputatı İqor Mosiyçuka qarşı sui-qəsddə əlinin olması haqda səslənən fikirlərə münasibət bildirib.
AzVision.az “İnterfaks”-a istinadən xəbər verir ki, Kadırov ittihamları rədd edib və bildirib ki, belə hadisədə adının hallanması bəzi ukraynalı məmurların sifarişidir. Çeçen lider hesab edir ki, deputata qarşı sui-qəsdi Ukrayna rəsmiləri özləri təşkil ediblər.

"Partlayışı yüz faiz özləri törədiblər. Bu hadisədə adımın hallanmasında Ukrayna məmurlarının Qərb KİV-lərinin diqqətini cəlb çəkmək arzusu durur".

Qeyd edək ki, Ukrayna daxili işlər nazirinin müşaviri İvan Varçenko Ali Radanın deputatı İqor Mosiyçuka qarşı təşkil olunan sui-qəsddə Rusiyanı ittiham edib. İddia edib ki, baş verən hadisədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun əli var.

AzVision.az



Teqlər: Kadırov  





Xəbər lenti