Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilib

Şimali Koreya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilib
  27 Oktyabr 2017    Oxunub:1808
ABŞ Şimali Koreya hökumətinin bir neçə üzvü və Koreya Xalq Ordusunun hərbi təhlükəsizlik komandanlığının rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiya siyahısına komandanlıq rəhbəri, onun müavini, KXDR-in əmək naziri, Xarici Tikinti Bürosunun direktoru, ölkənin Çinin Şenyan əyalətindəki baş konsulu, xalq təhlükəsizliyi nazirinin müavini daxil edilib.

AzVision.az


Teqlər: ABŞ   Şimali-Koreya  





Xəbər lenti