İqbal Ağazadə niyə teledebatı yarımçıq tərk edib?
AzVision.az İqbal Ağazadə ilə əlaqə saxlayaraq, debatda sona kimi oturmamağının səbəbini öyrənib.
Millət vəkili açıqlamasında debatın sonuna kimi gözləməyin mənasız olduğunu deyib:`Mənə 6 dəqiqə vaxt verilmişdi. Çıxış etdikdən sonra efiri tərk etdim. Orada sona kimi oturmağın nə mənası var ki?
Qeyd edək ki, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası ilə əlaqədar namizədlər dünən İctimai Televiziyanın "Xalq seçir" verilişindəki ilk debata çıxıblar.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Nihadə