"İnstagram"da daha bir yenilik

"İnstagram"da daha bir yenilik
  27 Oktyabr 2017    Oxunub:2764
"İnstagram"da yeni birgə canlı yayım funksiyası istifadəyə verilib.
AzVision.az xəbər verir ki, bu funksiyanı aktivləşdirmək üçün sadəcə canlı efir açdıqdan sonra sağ tərəfdə altda çıxan yeni düyməyə klikləmək və canlı yayımı izləyən hər hansı bir istifadəçini yayıma dəvət etmək üçün onu seçərək "Əlavə et" düyməsini klikləmək lazımdır.

Birgə canlı yayım aktivləşdikdə yayım ekranı iki hissəyə bölünür. Ekranın birinci (yuxarı) hissəsində canlı yayımı açan, ikinci (aşağı) hissəsində isə dəvət olunan şəxs görüntülənir.

Birgə canlı yayım zamanı əsas idarəçi yayımı başladan şəxs sayılır və o, istədyi vaxt yayıma dəvət etdiyi şəxsi dəyişə və başqa insanı əlavə edə bilər. Bundan əlavə dəvət olunan şəxs də istədiyi vaxt canlı yayımı tərk edə bilər.

Xatırladaq ki, bundan əvvəl "İnstagram" storydə səsvermə funksiya əlavə olunmuşdu.

AzVision.az


Teqlər: İnstagram  





Xəbər lenti