Bir həftədə 72 terrorçu zərərsizləşdirilib

Bir həftədə 72 terrorçu zərərsizləşdirilib
  27 Oktyabr 2017    Oxunub:1753
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir həftə ərzində Şırnak, Hakkari, Siirt, Diyarbəkirdə həyata keçirilən antiterror əməliyyatları zamanı 72 terrorçu məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahı məlumat yayıb.

Əməliyyat-axtarış tədbirləri zamanı 18 piyada tüfəngi, 2 pulemyot, 9 RPG-7 qumbaraatanı, bir ədəd 60 mm-lik top mərmisi, 4 snayper tüfəngi, 7 tapança və 53 ədəd partlayıcı qurğu ələ keçirilib.

Əməliyyatlarda terrorçulara aid sığınacaq, mağara və anbar istifadəyə yararsız hala salınıb. Əməliyyatlarda 7 əsgər şəhid olub, 11 əsgər yaralanıb.

AzVision.az



Teqlər: Türkiyə   PKK  





Xəbər lenti