Əfqanıstanda bir gündə 95 terrorçu öldürülüb

Əfqanıstanda bir gündə 95 terrorçu öldürülüb
  27 Oktyabr 2017    Oxunub:1483
Əfqanıstanın 12 vilayətində “Taliban” terror qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, bir sutka ərzində Loqar vilayətində 27, Zəbulda 21, Paktiyada 18, Qəzni, Hilmənd və Fəryab əyalətində 29 ümumilikdə isə 95 “Taliban” silahlısı öldürülüb. Ölkənin güc strukturlarının itkiləri barədə heç bir məlumat verilmir.

AzVision.az



Teqlər: Əfqanıstan   terror  





Xəbər lenti