"Müəllimlərin orta aylıq maaşı 465 manatdır" - Təhsil naziri
O bildirib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil edib.
"Bu il 49 min müəllim mərkəzləşdirilmiş imtahan vasitəsilə işə qəbul olmaq üçün müraciət edib. Bu rəqəm 2013-ci illə müqayisədə 3 dəfədən çoxdur. Bundan əlavə bu il 1359 tələbə müəllimlik ixtisasını seçib. Təkcə Azərbaycan Pedoqoji Universiteti üzrə 500-dən çox bal toplayanların sayı 18 dəfə artıb".
M.Cabbarov qeyd edib ki, yaxın gələcəkdə müəllimlərin peşəkarlıq səviyyəsinin arıtırılması əsas prioritetlərdəndir: "Bu sahədə görülməli işlər çoxdur. Müəllimlərin işdən ayırılmadan təlimə cəlb olunması, bölgələrdə yaxşı təlimçi bazasının yaradılması, yerli təhsil qurumlarının bu işdə aktiv fəaliyyətinin təmin edilməsi, distant ixtisasartırma proqramlarının hazırlanması və təqdim edilməsi, internatura proqramlarının yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir".
Aytən Zəhra
AzVision.az
Teqlər: Mikayıl-Cabbarov